Xəbər lenti

 b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_ohanpetr.jpg
Bu günlərdə fəal siyasətə qayıdaraq növbəti parlament seçkilərinə qatılmaq niyyətini bəyan etmiş Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanian dekabrın 27-də Facebook səhifəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı öz yanaşmasını təqdim edib.

 «KÖKÜNDƏN YANLIŞDIR»

«Artsax (erməni separatçıları Qarabağa bu adı qoyublar) problemi Ermənistan dövlətçiliyinin inkişafına maneə deyil, tam əksinə. Qarabağ problemi ən tez zamanda həll edilmədən Ermənistanın inkişafa qadir olmaması fikri kökündən yanlışdır, yaxud da səmimi yanılmadır. Bu yanaşma nəinki reallıqdan uzaqdır (münaqişənin donmuş vəziyyətdə olduğu uzun illər ərzində bizim həm ikirəqəmli iqtisadi artım göstəricilərimiz olub, həm də immiqrasiya qeydə alınıb), həm də sadəcə, danışıqlar prosesində Ermənistanın mövqelərini zəiflədir», – deyə S.Ohanian yazıb.

Keçmiş müdafiə naziri həmçinin bildirib ki, Qarabağ məsələsində erməni tərəfinin birtərəfli güzəştləri Ermənistana əlverişsiz şərait yaradacaq. «Qarabağ məsələsində birtərəfli güzəştlər, yaxud tələsik və əsassız kompromislər sülhü təmin etməyəcək, müharibənin bərpası ehtimalını artıracaq. Bu halda biz hərbi nöqteyi-nəzərdən əlverişsiz durumda qalacağıq», – o vurğulayıb.

Qarabağ münaqişəsi ən tez zamanda nizama salınmadan Ermənistan və Qarabağın inkişaf edə bilməyəcəyi barədə fikri iki həftə öncə Ermənistanın birinci prezidenti Levon Ter-Petrossian səsləndirmişdi. O həmçinin demişdi ki, ərazilərin bir hissəsini güzəştə getməklə qalan hissəsini qoruyub saxlamaq olar; əks halda, hər şeyi itirmək təhlükəsi var.

 «SİYASİ KARYERASINI BİTMİŞ SAYMAQ OLAR»

Seyran Ohanian-ın bəyanatına münasibət bildirərkən Ter-Petrossian-ın mətbuat katibi Arman Musinian dekabrın 27-də belə deyib: «Seyran Ohanian hesab edir ki, Qarabağ münaqişəsi nəinki Ermənistanın inkişafına maneə deyil, hətta erməni millətinin başına düşmüş xoşbəxtlikdir. Onun sözləri o dərəcədə qeyri-ciddi və reallıqdan uzaqdır ki, biz onları şərh etməyi lazım bilmirik. Əgər Seyran Ohanian seçki mübarizəsinə bu «xilasedici» platformayla gedirsə, elə bu gündən onun siyasi karyerasını bitmiş saymaq olar».

Ancaq bununla yanaşı, Seyran Ohanian münaqişənin danışıqlar və qarşılıqlı razılaşma yolu ilə nizamlanmasına inanır. O bunu yalnız Azərbaycanın öz aqressiv siyasətindən imtina edəcəyi halda mümkün sayır. Keçmiş müdafiə naziri vurğulayır ki, Ermənistan və Dağlıq Qarabağın təhlükəsizliyinin, habelə mövqelərin gücləndirilməsi üçün danışıqlarda rəqabətədavamlı iqtisadiyyat yaratmaq lazımdır. «Ölkəmiz hazırkı iqtisadi münasibətlər tələsindən çıxmalı və sabit iqtisadi inkişafa malik olmalıdır. Ölkədə dözümlülük və ədalətli rəqabət mühiti, həyatın bütün sahələrində inkişaf bərqərar olmalıdır. Əsl səslərlə legitimləşmiş, ictimai etimada malik hakimiyyət qurulmalıdır», – deyə Ohanian bildirib.

«TƏZƏ BİR ŞEY DEMƏYİB»

Keçmiş müdafiə nazirinin Facebook-da paylaşdığı bu fikirlərə cavab olaraq hakim Respublika Partiyasının rəsmilərindən biri Hovannes Sahakian bildirib: «Cənab Ohanian təzə bir şey deməyib. Bu barədə hamı, o cümlədən biz də danışmışıq. Hakimiyyətin rəqabət və ədalət prinsipləri əsasında formalaşdırılması barədə, çıxılmaz iqtisadi durumdan qurtulmaq barədə. Yəqin ki, o, Türkiyə ilə sərhədi, yaxud... blokadanı nəzərdə tutur. Düşünürəm ki, bizim üçün bütün fikirlər qəbuledilən və aydındır. Hər birimiz, sadəcə, anlamalıyıq ki, xalqla, ictimaiyyətlə, vətəndaşla, hər biri ilə fərdi iş aparılmalıdır. Bu gün biz də elə bunu edirik».

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Bölmənin digər xəbərləri

21 Aprel 2017 Türkiyə-Ermənistan aviareysi açılır
17 Aprel 2017 Türkiyə konstitusiyasında dəyişən maddələr bunlardır - SİYAHI
11 Aprel 2017 Ümumrusiya Azərbaycanlıları Konqresində yoxlamalar aparılıb-ŞOK detallar
07 Aprel 2017 ABŞ dominant tərzdə oyuna dönməsi Azərbaycana da təsirsiz ötüşməyəcək -VİP sədri
25 Mart 2017 İran hər PKK-çıya 7 min dollar ödəyir- Şok iddia
12 Mart 2017 Putin Ərdoğana söz verdi
08 Mart 2017 "Bu kateqoriyadan olan adamları Çində dərhal güllələyirlər"
03 Mart 2017 Avropa Şurasının komissarı Mehman Hüseynova azadlıq tələb etdi
27 Fevral 2017 Rəsmi İrandan cəbhə xəttindəki hadisələrə - Münasibət
16 Fevral 2017 Hansı rayondan daha çox şikayət var? - Siyahı
10 Fevral 2017 Prezident cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncam imzalayıb
06 Fevral 2017 Akif Çovdarov: "Əsl rüşvətxorların adını söyləyəcəyəm"
03 Fevral 2017 22 gündən sonra bizi təhlükə gözləyir? - Rəsədxana açıqladı
28 Yanvar 2017 90 il öncəki böhran qayıdır: insanlar bir-birini öldürüb yeyəcək – ACLARIN MÜHARİBƏSİ
24 Yanvar 2017 Xocalı soyqırımını tanıyan dövlətlər bunlardır
20 Yanvar 2017 Azərbaycan Baş Prokurorluğu: Mixail Qorbaçov istintaqdan yayınıb
14 Yanvar 2017 “Qaçqınkom”dan açıqlama: “Hazırda limitin ləğvi ilə bağlı qərar yoxdur”
08 Yanvar 2017 Nuray kimə qalmalıdır?
07 Yanvar 2017 Türkiyədə rus səfirin qətli ilə bağlı saxlanılanlar etiraf ediblər
03 Yanvar 2017 Rusiyalı səfirə edilən sui-qəsdlə bağlı yeni məlumat
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.