Xəbər lenti

heleb11.jpg
Rusiya müdafiə naziri Hələb əməliyyatının Türkiyə və İranla koordinasiyalı aparıldığını bildirib.

Hələb şəhərindən silahlıların təxliyəsi son çatıb. Suriya ordusu Hələb şəhərinə nəzarəti bütünlüklə ələ alıb. Bununla bağlı Suriya müdafiə naziri rəsmi açıqlama verib, Hələb Universitetinin zalında isə mərasim keçirilib.

Hələbdə mühasirədə olan “Əhrarəş-Şam” qruplaşmasının sözçüsü Əhməd Kara Əli bildirib ki, Hələbi tərk edən şəxslərin olduğu sonuncu avtobus silahlıların nəzarətindəki bölgəyə çatıb. O, təxliyələrin hava şəraitinin pis olması səbəbilə uzandığını bildirib. Son olaraq 5 avtobus və 30 avtomobildən ibarət konvoy 2 min insanı Hələbdən çıxarıb. Hələbdən çıxan insanlar Raşidin bölgəsinə aparılıblar. Qeyd edək ki, ötən gün Hələbi ümumilikdə 10 avtobus və 420 minik avtomobilində 3500 insan tərk edib.

Eyni zamanda anlaşmaya əsasən İdlib yaxınlığında Fua və Keferya qəsəbələrində terrorçuların mühasirəsindən insanlar çıxarılaraq hökumətin nəzarətindəki bölgələrə aparılıblar. Ümumilikdə təxliyələrin başladığı 15 dekabrdan bu yana 45 min nəfərə yaxın insan Hələbdən çıxıb. Fua və Keferyadan isə 2 min nəfər təxliyə olunub. Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti Hələbi tərk edənlər arasında 4 min silahlının olduğunu bildirib.

Qeyd edək ki. Hələbin mühasirəsi davam edərkən terrorçular və onlara dəstək verən media orqanları Hələbdə 250 min insanın təhlükə altında qaldığını bildirirdi. Ancaq sonradan məlum oldu ki, Hələbdə 40 min dinc insan və 10 min silahlı var. Dinc əhalini isə silahlılar orduya qarşı qalxan olaraq istifadə etdikləri üçün Hələbi tərk etmələrinə imkan verməyiblər.

2012-ci ildə Hələbin böyük hissəsi müxaliflərin əlinə keçib, sonradan şəhərin böyük qismində terrorçu qruplaşmalar söz sahibi olub. Suriya ordusu bu ilin payızında Hələbi mühasirəyə alıb və hökumətin nəzarətində olan qərb rayonlarından şərqə hücumlar başlayıb.

Hələbin hökumətin nəzarətinə keçməsinə Bəşər Əsəd də münasibət bildirib. Dəməşqdə İrandan gələn nümayəndə heyətini qəbul edən Suriya prezidenti Hələbin nəzarətə alınmasının təkcə Suriyanın deyil, eyni zamanda İran və Rusiyanın da qələbəsi olduğunu deyib. B.Əsəd deyib ki, bu hadisə ölkənin tamamilə nəzarətə götürülməsi istiqamətində mühüm addımdır.

Rusiyanın müdafiə naziri SergeyŞoyqu isə bildirib ki, Hələbin azad edilməsi əməliyyatı Putinin əmri ilə Türkiyə və İranla aparılan koordinasiyalı əməliyyat nəticəsində mümkün olub. Eyni zamanda Şoyqu Suriyada geniş miqyaslı atəşkəs imzalanmağa yaxın olduqlarını deyib. Şoyqu şərqi Hələbdən 8500-ü uşaq olmaqla 34 min nəfərin təxliyə olunduğunu bildirib.

musavat.com

Bölmənin digər xəbərləri

20 Yanvar 2017 Azərbaycan Baş Prokurorluğu: Mixail Qorbaçov istintaqdan yayınıb
14 Yanvar 2017 “Qaçqınkom”dan açıqlama: “Hazırda limitin ləğvi ilə bağlı qərar yoxdur”
08 Yanvar 2017 Nuray kimə qalmalıdır?
07 Yanvar 2017 Türkiyədə rus səfirin qətli ilə bağlı saxlanılanlar etiraf ediblər
03 Yanvar 2017 Rusiyalı səfirə edilən sui-qəsdlə bağlı yeni məlumat
30 Dekabr 2016 MTN generalı etiraf edib: "Telefonları Eldar Mahmudovun tapşırığı ilə dinləmişik”
28 Dekabr 2016 Erməni siyasətçilər Qarabagla bağlı ortaq mövqeyə gələ bilmir
21 Dekabr 2016 ABŞ-ın rus səfirin ölümündə barmağı var? – Açıqlama
20 Dekabr 2016 Rusiya səfirinin qətlində Gülənin əli olması ilə bağlı suala Dövlət Departamentindən sərt reaksiya
16 Dekabr 2016 "Türkiyə ilə İran arasında savaş qiyamət olar "
15 Dekabr 2016 Silahlıları daşıyan ilk avtomobil karvanı şərqi Hələbi tərk edib
08 Dekabr 2016 Tarif Şurasının qərarı ləğv edilə bilərmi?
06 Dekabr 2016 Lavrov ABŞ-ın Hələblə bağlı təkliflərini geri götürdüyünü açıqlayıb
03 Dekabr 2016 Avropa qorxuya düşdü: Türkləri təkid etməliyik...
02 Dekabr 2016 Şifrələrinizi tez-tez dəyişməyin...
30 Noyabr 2016 Deputat Elxan Süleymanovu “vurdular”
28 Noyabr 2016 Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub – YENİLƏNİB
24 Noyabr 2016 Almaniya qaçqınları ölkədən çıxardır-AZƏRBAYCANLILAR DA VAR!
23 Noyabr 2016 "Təhqirə görə ən ciddi cəzalar verilməlidir" -Deputat
21 Noyabr 2016 “İsgəndər” və “S-400”lər Avropanın təhlükəsizliyini sarsıdır” – Vaşinqton
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.