Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_mehmanhhdd.jpg
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı yerli və beynəlxalq ictimaiyyətə

Ardını oxu...

qubadibad.jpg
Azərbaycanın müasir təhsil tarixində ən öyünüləsi sistem qəbul imtahanlarının testlə həyata keçirilməsidir. Bundan savayı ciddi uğurlara imza ata bilmədiyimiz, bu sahədə nəinki dünya, heç region çapında önə çıxmadığımız halda DİM sədrinin ali məktəblərə tələbə qəbulunda test sisteminin ləğv ediləcəyi, iki ildən sonra "yeni imtahan modeli" tətbiq olunacağı ilə bağlı açıqlamalar ciddi məyusluq və narahatlıq doğurur. Odur ki, mən də qəbul imtahanında dəyişiklik zərurəti ilə bağlı əsassız qənaəti bölüşməyərək, onu rədd edir və gələcəyi düşünən hər kəsi etiraz səsini ucaltmağa səsləyirəm. Mayası korrupsiya ilə yoğrulan hazırkı hakimiyyəti ali məktəblərə tələbə qəbulundə 25 ildən sonra geriyə yönələn, rüşvətə yol açan dəyişikliklərə yol verməməyə çağırıram.

Eyni zamanda bilmək istərdik ki, nə baş verdi ki, DİM tələbə qəbulunda testdən imtina etməyə hazırlaşır? Əgər test sisteminin nöqsanları varsa (təbii ki, var), onda gəlin onları müzakirə edək, təkmilləşdirmək üçün yollar arayaq. Yoxsa, eyni məktəbdə oxşar proqramlarla təhsil alan şagirdlərə nədən fərqli qiymətləndirmə üsulu tətbiq olunmalıdır? Məgər, kurikukium tətbiq edilən hansı ölkədə test sistemi sıradan çıxıb?

İctimaiyyəti narahat edən suallar çoxdur. Onları cavablandırmaq üçün təhsil işçilərinin iştirakı ilə müstəqil ekspert müzakirələrinə ehtiyac vardır. Belə müzakirələrdə ölkənin səciyyəvi xüsusiyyətlərini də nəzərə alınmalıdır.

Ekspert müzakirələri aparılmadan, "yeni imtahan modeli" bəlli olmadan uzun illərin sınağından çıxmış testin ləğvindən danışmaq yersiz və tezdir.

Gubad İbadoğlu, İqtisadçı alim 

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_mehmanhhdd.jpg
Artıq neçə ildir ki, Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti sıradan çıxarılıb, azad mətbuat çökdürülüb. Hakimiyyətdən asılı olmayan mətbuat orqanları barmaqla sayılası qədərdir ki, onlar öz fəaliyyətlərini çox çətinliklə davam etdirirlər. Həmin media orqanlarından biri “Turan” İnformasiya Agentliyidir. Adı çəkilən Agentlik Azərbaycanın müstəqillik tarixi ilə həmyaşıddır. Ölkənin ən qocaman, stajlı və təcrübəli media qurumlarından biridir. Daxildə və xaricdə etibarlı tərəfdaşları və nüfuzu var. Məlumatlarını 3 dildə- Azərbaycan türkcəsi, ingilis və rus dilində yayır. Mətbuatın “Qızıl qaydası”- na, qarşı tərəfin mövqeyini işıqlandırmağa həmişə əməl etməyə çalışır. Ən mühüm keyfiyyətlərindən biri odur güclü təzyiqlərin və böyük vədlərin qarşılığında indiyə qədər öz dəsti- xəttini və müstəqilliyini qoruyub saxlayıb. Təbii ki, bu keyfiyyətlər və nümunələr- oxucuya obyektiv və operativ məlumat çatdırmaq imkanları avtoritar rejimlərin mahiyyəti ilə tərs müntənasibdir.

Ardını oxu...

turizmnazir.jpg
Turizm bölgələrindəki istirahət mərkəzlərində rəqabət mühitinin yaradılmasına böyük ehtiyac var. Təəssüf ki, hazırda bölgələrdə olan istirahət mərkəzlərində, turizm obyektlərində göstərilən xidmət və təklif olunan qiymətlər arasında balans yox dərəcəsindədir. Əsas problem yaradan səbəblərdən biri də istirahət mərkəzlərinə xüsusi nəzarətin olmamasıdır.

Ardını oxu...

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_teyyarelert.jpg
Avqustun 9-da Rusiya təyyarəsi Vaşinqtonda Kapitoli binası, Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon və digər mühüm hökumət binaları üzərindən uçub.

Ardını oxu...

rusiyaqosun.png
Rusiya Federasiyasının Prezidenti Vladimr Putin Şimali Qafqazdakı antiterror əməliyyatları ilə bağlı yeni fərman imzalayıb. “Şimal xəbərləri”nin Dağıstan mətbuatından aldığı məlumata görə, bundan sonra Şimali Qafqazdakı bütün hərbi hissələr, o cümlədən, daxili işlər nazirliyi, fövqəladə hallar nazirliyi, federal təhlükəsizlik xidməti, federal mühafizə xidməti və digər qüvvələr antiterror əməliyyatları zamanı Rusiya Milli Qvardiyasının rəhbərliyi altında fəaliyyət göstərəcək. Antiterror əməliyyatlarına milli qvardiyaçılar da cəlb ediləcək. Hər güc strukturundan bir nəfər birləşmiş qruplaşmanın rəhbərinin müavini olacaq.

Ardını oxu...

abs1.jpg
ABŞ prezidenti administrasiyası İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Ardını oxu...

siyavusn.jpegAzərbaycan heç vaxt Rusiyanın əleyhinə olan hansısa kampaniyada iştirak etməyib. Bakı həmişə Moskva ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub, bunu da hər dəfə əməli ilə sübut edib. Əfsus ki, orada erməni mənşəli məmurlar, həm də Azərbaycanın özündən olan bəzi şəxslər bu münasibətlərdən narahatdırlar.

Ardını oxu...

turkordusu1.jpg
Türkiyə Silahlı Qüvvələri 4 istiqamətdə Afrinə daxil olacaq.

Ardını oxu...

absrusiya.jpg
30 il əvvəl ABŞ və SSRİ arasında olan belə yarış sovetlərin çökməsi ilə nəticələndi

Ardını oxu...

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.